Modern.az

Türkiyə parlamenti Paris Sazişini TƏSDİQLƏDİ

Türkiyə parlamenti Paris Sazişini TƏSDİQLƏDİ

Dünya

6 Oktyabr 2021, 23:37

Türkiyə parlamenti Paris İqlim Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsini qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Qeyd edək ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin 76-cı Baş Assambleyasındakı çıxışında Paris İqlim Sazişinin yaxın vaxtlarda təsdiq olunacağını bildirmişdi.

 

Paris Sazişi Birləşmiş Millətlər Təşkilatının 2015-ci ilin dekabr ayında Parisdə keçirilmiş iqlim konfransı zamanı qəbul edilib, 2016-cı ilin noyabr ayının 4-də qüvvəyə minib. Saziş qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal