Modern.az

ÜST-dən malyariya peyvəndinin istifadəsinə YAŞIL İŞIQ

ÜST-dən malyariya peyvəndinin istifadəsinə YAŞIL İŞIQ

Dünya

7 Oktyabr 2021, 00:33

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusən Afrikada uşaqların ölümünə səbəb olan malyariya xəstəliyinə qarşı təsdiq edilmiş yeganə vaksinin istifadə edilməsini tövsiyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

 

ÜST 2019-dan bəri davam edən Qana, Keniya və Malavidəki pilot peyvənd proqramlarının uğurlu olmasından sonra, RTS, S və ya "Mosquirix" kimi tanınan pevəndin geniş miqyasda tətbiq edilməsinə razılıq verib.

 

Qebreyesus bunun "tarixi bir an" olduğunu bildirib.

 

Malyariya min illərdir bəşəriyyətin ən böyük problemlərindən biridir və əsasən körpələri və gənc uşaqları öldürür. Malyariya Afrikada COVID-19-dan daha ölümcül xəstəlik hesab olunur. ÜST-ün hesablamalarına görə, 2019-cu ildə Afrikada 386.000 nəfər malyariya səbəbindən ölüb.

 

Xəstəlik yoluxmuş ağcaqanadların dişləməsi nəticəsində insanlara ötürülən parazitlərdən yaranır. Bu parazitlər çoxalmaq üçün qan hüceyrələrini ələ keçirir və onlar məhv edir. Xəstəlik qızdırma, qusma və yorğunluq kimi simptomlar göstərir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı