Modern.az

Bayden və Si Cinpin virtual sammit keçirəcək

Bayden və Si Cinpin virtual sammit keçirəcək

Dünya

7 Oktyabr 2021, 00:54

ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin ilin sonunadək virtual formatda sammit keçirməyi planlaşdırırlar.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

 

Mənbə bildirib ki, yüksək səviyyəli sammitin keçirilməsi ilə bağlı razılaşma ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü Yan Tszeçi arasında baş tutan danışıqlar zamanı əldə edilib.

 

Görüşün tarixi hələlik məlum deyil. ABŞ rəsmisi bu kimi təfərrüatların müzakirə edildiyini bildirib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı