Modern.az

Məhəmməd Əlinin çəkdiyi şəkillər 1 milyon dollara satıldı - FOTOLAR

Məhəmməd Əlinin çəkdiyi şəkillər 1 milyon dollara satıldı - FOTOLAR

Dünya

7 Oktyabr 2021, 01:01

Ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar amerikalı boksçu Məhəmməd Əlinin çəkdiyi rəsm və eskizlər kolleksiyası bir milyon dollara hərraca çıxarılıb.

 

Modern.az xəbər verir ki, boksçunun 26 rəsm əsəri Nyu Yorkdakı hərracda nümayiş etdirilib.

 

"Arı kimi sanc" (Sting Like a Bee) adlı rəsm əsəri təxmin ediləndən 10 dəfə çox, 425.000 dollara satılıb.

 

Məhəmməd Əlinin 1979 -cu ildə kətan üzərində qırmızı, mavi və ağ rəngdə çəkdiyi "Amerika səni sevirəm" əsəri 150 min dollara, İslamla Xristianlığı müqayisə edən 1967-ci il tarixli başqa bir rəsm 24 min dollara satılıb.

 

Qeyd edək ki, o, uzun müddət parkinson xəstəliyindən müalicə olunduqdan sonra 2016-cı ildə 74 yaşında vəfat edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı