Modern.az

Emin Əmrullayev Təhsil Şöbəsinin müdirini işdən çıxardı - FOTO

Emin Əmrullayev Təhsil Şöbəsinin müdirini işdən çıxardı - FOTO

Təhsil

7 Oktyabr 2021, 12:35

Salyan Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub.

 

Modern.az “Report”a istinadən məlumat verir ki, Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib.

 

Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub.

 

Qeyd edək ki, X.Piriyev 5 ildən artıq idi Salyan Rayon Təhsil Şöbəsinə rəhbərlik edirdi.

 

R.Dadaşova isə bundan öncə Salyan rayon Peşə liseyinin direktoru vəzifəsində çalışıb.

 

Dadaşova Razıgül
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama