“Din dövlətdən ayrıdır. Din heç vaxt dövlətin siyasətinə qarışa bilməz. Bu barədə heç nə deyə bilmərəm. Amma bir onu qeyd edim ki, uzun əsrlərdən bəridir ki, yəhudilər Azərbaycan xalqı ilə dost, qardaş şəraitində yaşıyır. Azərbaycanda keçmiş zamanlardan bəri yəhudi olub, var, olacaq”.
Bu fikri Modern.az-a Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev son günlər Azərbaycan-İran arasında baş verən mübahisələr barədə danışarkən bildirib:
“Azərbaycan xalqının yüksək mədəniyyəti nəinki yəhudilərə, eyni zamanda 40-a qədər azsaylı xalqa sülh, qardaşlıq, dostluq münasibətləri ilə yaşamağa imkan verir.
Bir daha qeyd edirəm ki, din dövlətdən ayrıdır. Mən siyasətdən heç nə danışa bilmərəm. Yəhudilərlə Azərbaycan xalqı arasında münasibətlər olub və hər zaman da öz axarında davam edəcək”, - deyə Milix Yevdayev bildirib.