Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Günəş sistemindəki əsas asteroid qurşağına kosmik missiya göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə BƏƏ-nin Kosmik Agentliyi məlumat yayıb.
Məlumata görə, planetlərarası missiya 2028-ci ildə başlayacaq.
Missiya üçün hazırlanmış kosmik gəminin 2030-cu ildə Mars və Yupiter arasında yerləşən asteroid qurşağına çatması hədəflənir. Ancaq bundan əvvəl kosmik aparat Venera və Yerin orbitində qısa ekspedisiya edəcək.
Kosmik gəminin Venera və Yerin cazibə qüvvələrindən istifadə edərək asteroid qurşağına çatması nəzərdə tutulur. Ancaq Veneranın orbiti son dərəcə isti olduğu üçün aparat termal qorunma təmin edəcək materiallardan hazırlanmalıdır.
Kosmik gəmi asteroid qurşağına çatanda 7 meteoriti araşdıracaq və 2033-cü ildə Yerdən 560 milyon kilometr aralıda olan asteroidə enəcək.
Missiya uğurlu olarsa, BƏƏ asteroidə kosmik gəmi endirən 4-cü ölkə olacaq.
Akif İsmayılov