Gəncə şəhərindəki “Gənclik” Ticarət Mərkəzində faciə baş verib, yük liftinin qırılması səbəbindən 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Gəncə şəhər Prokurorluğunun məlumatına görə, hadisə bu gün səhər saat 9.00 radələrində Dədə Qorqud prospektində yerləşən “Gənclik” Ticarət Mərkəzində baş verib. Məişət avadanlıqların satıldığı yerdə daxili yük daşınması üçün istifadə olunan lift hələlik məlum olmayan səbəbdən qırılaraq 3-cu mərtəbədən yüksək sürətlə yerə çırpılıb. Nəticədə fəhlə Elşən Vəliyev ölüb, Rəşad Şəfiyev və Ramin Kərimov ağır yaralanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.