Modern.az

“İran necə böyük qələt elədiyini biraz sonra anlayacaq, amma....”

“İran necə böyük qələt elədiyini biraz sonra anlayacaq, amma....”

Aktual

8 Oktyabr 2021, 15:25

“İranın hədə-qorxu, yalan iddialar ilə çıxış etməsi, Rusiyanın strateji maraqlarına uyğun gəlmir. Bəzi ölkələr mövqelərini bildirməsələr də, bəziləri isə KİV-lərdə öz mövqelərini açıq şəkildə yayır. İran özü də səhv etdiyini anlayır. Bütün ölkələr arasında gülünc vəziyyətə düşür”.

 

Bu fikirləri politoloq Qabil Hüseynli Modern.az-a bildirib. O qeyd edib ki, İranın etdikləri özünə bumeranq kimi geri qayıdır:

“İran Rusiyanın müqaviməti ilə qarşılaşdı. Rusiya Cənubi Qafqazı öz təsir dairəsində olan ölkə hesab edir. İranın hədə-qorxu, yalan iddialar ilə çıxış etməsi, Rusiyanın strateji maraqlarına uyğun gəlmir.

Ona görə də İranın xarici işlər naziri qeyri-diplomatik yolla Rusiyanı Azərbaycana yönləndirmək istədi, Türkiyənin bölgədəki dost tərəfli mövqelərini möhkəmlənməsinə don geydirməyə çalışdı. Rusiyanın özündə İranın hərəkətlərinə sevinən Lavrov belə açıqlamasında İranın etdikləri Azərbaycanı çox qəzəbləndirdiyini söylədi”.

 

İranın etdikləri beynəlxalq aləmdə onu gülünc vəziyyətə salırmı?

“Mən hesab edirəm ki, təxribatçı tərzdə Moskvaya gedən Hüseyn Əmirabdullahian elə getdiyi kimi də geriyə qayıtdı. Qeyd edə bilərəm ki, bəzi dövlətlər açıq mövqe sərgiləməsə də, İranın hərəkətləri onları da qəzəbləndirib.

Məsələn, İsrail ciddi surətdə İranın Azərbaycana qarşı hərəkətlərinə qəzəblənib. İsrailin Rusiyadakı səfiri ironik bir formada bildirib ki, iranlılar bir müddətdən sonra Qarabağda Marsdan gəlmə adamların da olacağı haqqında danışacaqlar.

Amerikanın tanınmış jurnalisti apardığı verlişdə dedi ki, mən Baydenin də İlham Əliyev kimi cəsur olmasını, İrana qarşı münasibətlərini açıq şəkildə nümayiş etdirməsini istərdim. Əlavə edib ki, Azərbaycan prezidentindən nümunə götürməyin vaxtıdır. Yəni Amerikada da KİV-də bu barədə ciddi hərəkətlənmə var”.

 

İran necə böyük qələt etdiyini biraz sonra daha yaxşı anlayacaq...

“Bununla yanaşı Böyük Britaniyada İranın hərəkətlərini ciddi şəkildə pisləyirlər. Siz təsəvvür edin ki, İranın Azərbaycandakı səfirinin qəbuluna birinci gələn Böyük Britaniyanın İrandakı səfiri olub. Daha sonra Türkiyə səfiri gəlib. Yəni İngiltərə açıq şəkildə Azərbaycanla həmrəyliyini nümayiş etdirib. Artıq həmrəylik NATO bloku üzrə yayılmaqdadır.

Məncə, onların dilindən desək, İran necə böyük qələt elədiyini biraz sonra daha dərindən anlayacaq. Və sonrakı peşmançılıq fayda verməyəcək”.

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 6-da Rusiyaya səfər edib və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər