Modern.az xəbər verir ki, bu dəqiqələrdə Fəvvarələr meydanı istiqamətində müxalifət qüvvələri ayrı-ayrı qruplarla etiraz aksiyası keçirməyə cəhd göstərirlər. Onlar əsasən «Azadlıq!», "Parlament buraxılsın!" şüarı səsləndirirlər.
AzadlıqRadiosunun əməkdaşları xəbər verirlər ki, polis aksiya başlar-başlamaz çox sayda etirazçını saxlayıb. Bundan başqa, polis jurnalistlərin çəkiliş aparmasına, işləməsinə də maneələr yaradır.
«Yeni Müsavat» qəzetinin əməkdaşı İlqar Fərahimoğlu döyülüb. Onun qabırğalarına zərbə endiriblər. Hətta jurnalistlərin bəzisini aksiya keçirilən əraziyə buraxmırlar. Səbəbini isə belə izah edirlər: «Göstəriş belədir».
***
AXCP-dən verilən məlumata görə, partiya üzvlərindən təxminən 30 nəfər saxlanıb. Bu ilkin məlumatlardır və araşdırılır. Saxlananlar arasında partiya sədrinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı da var. Gözəl Bayramlının qolunun çıxdığı bildirilir.
Müsavat Partiyasından isə 9 nəfərin saxlandığı deyilir. Saxlananların sırasında Mustafa Hacılı, Ramil Baxış, Kərim Kərimli və başqaları var.
Modern.az