Modern.az

Bu ölkədə ölüm cəzası ləğv edildi

Bu ölkədə ölüm cəzası ləğv edildi

Dünya

8 Oktyabr 2021, 19:15

Afrikanın qərbində yerləşən Syerra-Leonedə ölüm hökmü ləğv edilib.

 

Modern.az AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Yulius Maada Bio müvafiq sərəncam imzalayıb

 

Agentlik qeyd edir ki, 20 ildən sonra ölkə öhdəliklərini yerinə yetirib və respublikada ölüm cəzası tamamilə ləğv edilib.

 

Prezidentin imzaladığı qanun iyul ayında ölkənin bir palatalı parlamenti tərəfindən qəbul edilib. 1991-ci ildən qüvvədə olan Syerra-Leone Konstitusiyası vətənə xəyanət, qiyam, qətl və ya ağırlaşdırılmış oğurluq üçün ölüm cəzasını nəzərdə tuturdu. Ölüm cəzası ölkədə sonuncu dəfə 1998-ci ildə çevriliş cəhdinə görə 24 zabit edam edildikdə tətbiq edilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal