Modern.az

Rusiyada saxta içkidən ölənlərin sayı 21-ə çatdı

Rusiyada saxta içkidən ölənlərin sayı 21-ə çatdı

Dünya

8 Oktyabr 2021, 20:37

Rusiyanın Orenburq vilayətində saxta spirtli içdikdən ölənlərin sayı 21 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə vilayətin səhiyyə idarəsi məlumat yayıb.

 

Məlumata görə, ümumilikdə 49 nəfər saxta içki qurbanı qeydə alınıb. Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub.

 

Qeyd edək ki, hadisə ilə bağlı artıq üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal