Modern.az

“Taliban” terror törədənləri cəzalandıracağına söz verdi

“Taliban” terror törədənləri cəzalandıracağına söz verdi

9 Oktyabr 2021, 00:28

Bir müddət əvvəl Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı bu gün Qunduz vilayətindəki məsciddə baş verən partlayışa görə məsuliyyət daşıyan hər kəsi cəzalandıracağını vəd edib.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat katibi Zəbihullah Mücahid bildirib.

 

 O qeyd edib ki, “Taliban” baş vermiş hücumu qinayır və günahkarları tapıb cəzalandıracağını vəd edir.

 

Xatırladaq ki, Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətindəki Seyid Abad məscidində terror aktı törədilib. Hücum insanların cümə namazına toplaşdığı vaxt baş verib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Hadisə nəticəsində 100-dən artıq ölən və yaralanan var.

 

Akif İsmayılov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama