Suriyanın Azez bölgəsində PKKterrorçuları Türkiyənin hərbi polislərinə hücum edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Fərat qalxanı” əməliyyat zonasında baş verən hücum zamanı 1 xüsusi təyinatlı türk polis həlak olub, daha 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Akif İsmayılov