Modern.az

ABŞ və “Taliban” arasında GÖRÜŞ

ABŞ və “Taliban” arasında GÖRÜŞ

Dünya

11 Oktyabr 2021, 20:14

ABŞ Əfqanıstanı tərk etdikdən sonra ilk dəfə “Taliban” liderləri ilə üz-üzə görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüş Qətərin paytaxtı Dohada keçirilib.

 

“Taliban” liderləri ABŞ-ın Əfqanıstana humanitar yardım göstərməyi qəbul etdiyini bildirib.

 

Görüşlərdə humanitar yardım məsələsi ilə yanaşı, ABŞ vətəndaşlarının Əfqanıstandan çıxarılması da müzakirə edilib.

 

ABŞ rəsmiləri danışıqları “səmimi və peşəkar” adlandırıb. Vaşinqton görüşün “Taliban”ın tanınması anlamına gəlmədiyini bildirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal