Modern.az

Hava yenə yağmurlu olacaq

Hava yenə yağmurlu olacaq

19 Noyabr 2012, 12:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında noyabrın 20-də tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə duman, çiskin olacağı, əsasən cənub rayonlarında yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 6-11, gündüz 12-16, dağlarda gecə 0-3, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Noyabrın 20-dən 22-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü