Modern.az

Türkiyədə iki yeni nazirlik yaradıldı

Türkiyədə iki yeni nazirlik yaradıldı

12 Oktyabr 2021, 00:28

Türkiyə Ətraf Mühit və Şəhərsalma Nazirliyinin adı dəyişdirilərək Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi kimi adlandırılmasına qərar verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

 

 

Türkiyə prezidenti yeni nazirliyin nəzdində İqlim Dəyişikliyi və Adaptasiya Komissiyası yaradıldığını, İqlim Dəyişikliyi İdarəsi qurulduğunu, Metrologiya, Çölləşmə və Eroziya ilə Mübarizə Baş İdarələrinin yeni nazirliyin nəzdinə keçdiyini bildirib.

 

Ərdoğan Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində olan Miqrasiya İdarəsinin isə Miqrasiya Nazirliyi olaraq fəaliyyət göstərəcəyini bəyan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal