Bədən Tərbiyəsi və İdman Akademiyasının Nərimanov rayonu Fətəli Xan Xoyiski küçəsi 98 ünvanında yerləşən yataqxanasında məskunlaşmış Kəlbəcər, Zəngilan, Ağdam rayonlarından olan məcburi köçkünlərlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları arasında yaranan növbəti anlaşılmazlıq həlli yolunu tapmaq əvəzinə daha da böyüyüb.
Bu gün 100-dın çox sakin etiraz aksiyası keçirib. Onlar yaşadıqları binadan zorla çıxarılmalarına etiraz ediblər. Köçkünlər yaxınlıqdakı yolu bağlamağa da cəhd göstəriblər. Onlar bildiriblər ki, şikayətlərinə baxılmasa, Prezident Administrasiya qarşısında aksiya keçirəcəklər.
Köçkünlər deyirlər ki, noyabrın 16-dan sonra Abşeron rayon Mehdiabad qəsəbəsində salınan şəhərcikdə olublar, orada gördükləri mənzərədən dəhşətə gəliblər. Modern.az-ın əməkdaşı hadisə yerinə baş çəkib məsələnin təffərüatın öyrənməyə çalışıb.
Sakinlərin əməkdaşımıza verdiyi açıqlamalardan məlum olub ki, onların təyin olunan şəhərciyə köçməmələrində bu günə kimi gətirdikləri arqumentlərdən də (iş yerlərindən uzaq düşmək, avtobus problemi, uşaqların məktəb və bağçaya getməsi və s.) ciddi problemlər var.
Şəhərcikdə olan sakinlər, “Dövlətqaçqınkom” nümayəndələrinin tikilən evlərdə də “xaltura” etdiklərini görüb, necə deyərlər cin atına miniblər.
Narazı məcburi köçkün: “2 otağı (80 kv.m) 3 otaq eləyiblər, mətbəxi otaq, dəhlizi mətbəxə çeviriblər, halbuki, 3 otaqlı mənzillər 120 kv.m olmalıdır. Evin proyekti pozulduğu üçün evlərə qaz da verilmir ki, mətbəx təhlükəzizlik qaydaları nəzərə alınmadan tikilib. Saxta yolla oradan ev əldə edənlərin isə heç vecinə də deyil... Olan yenə də bizə olacaq. Bizə növbəti qaçqınlığı yaşadacaqlar”.
Qeyd edək ki, məcburi köçgünlərin iddialarına görə, bir qrup maraqlı tərəf 120 ailənin məskunlaşdığı yataqxanaya 488 ailə qeydiyyata alaraq, öz mənafelərin güdürlər. Bir - iki il əvvəl Keşlədə tikilməsi nəzərdə tutulan bina da elə burada 120 yox 488 ailənin qeydiyyatda olması səbəbindən təxirə asalınıb.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Elçin Ağayev