Almaniya Əfqanıstana humanitar yardım üçün 600 milyon avro ayıracaq.
Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel G20 liderləri ilə görüşdən sonra jurnalistlərə açıqlaması zamanı məlumat verib.
O bildirib ki, Əfqanıstanda iqtisadi çöküşün qarşısını almaq lazımdır.
Kansler qeyd edib ki, Əfqanıstanda təhlükə altındakı müxtəlif ölkələrdən olan insanların təxliyəsi üçün hava limanı əlçatan olmalıdır.
Akif İsmayılov