Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) gənc jurnalistlər və QHT fəalları üçün “Onlayn etika – Netiket” mövzusunda 2 aylıq təlim proqramı elan edir. Proqrama 25 yaşadək olan, müstəqil və ya hər hansı KİV-də çalışan 5 jurnalist və hər hansı QHT üzvü olan 5 nəfər ictimai fəalın birlikdə qatılması nəzərdə tutulur. 2013-cü ilin yanvar ayında başlanacaq təlimlərdə Azərbaycanın tanınmış onlayn media ekspertlərinin mühazirələri dinləniləcək, təcrübələri nəzərdən keçiriləcək. Təlimləri uğurla başa vuran müdavimlərə CASCFEN Təlim Mərkəzinin sertifikatları təqdim ediləcək.
Təlimlərə qatılmaq istəyənlər 2012-ci il noyabrın 25-dən etibarən CASCFEN-in www.cascfen.net ünvanlı saytından və ya [email protected] e-poçt ünvanına müraciət edərək ərizə formasını əldə edə bilərlər. Ərizələrin son təqdim etmə vaxtı 20 dekabr 2012-ci il saat 18.00-dır.
Modern.az