Modern.az

Azərbaycanın adı “Əfqanıstan 2014-dən sonra” Qətnaməsinin siyahısına salınıb

Azərbaycanın adı “Əfqanıstan 2014-dən sonra” Qətnaməsinin siyahısına salınıb

Təhsil

20 Noyabr 2012, 10:36

NATO PA rəhbərliyi Ramil Səfərovla bağlı sualları cavablandırmayıb 


Bugünlərdə Çexiyanın paytaxtı Praqada NATO Parlament Assambleyasının növbəti 58-ci sessiyası öz işini başa çatdırıb.

Sessiyada Azərbaycan parlamentinin nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və  Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin əməksdaşı  iştirak ediblər. Ümumilikdə sessiyanın gündəliyinə Azərbaycanla bağlı hər hansı bir məsələ  salınmayıb.

Sessiyada NATO ordusunun 2014-cü ilədək Əfqanıstandan çıxarılması, “Ərəb baharı”ndan sonra ərəb ölkələrində və Aralıq Dənizi ölkələrində vəziyyət, Rusiyada dəyişiklik qüvvələri və davamlılıq, NATO 2020-yə doğru, avro böhranının mənbələri və gələcək təsirlər, enerji və ətraf mühit təhlükəsizliyi mövzularında müzakirələr olub.

Ənənəvi olaraq sonuncu gün NATO-nun baş katibi, NATO Parlament Assambleyasının rəhbəri və bir sıra dövlət rəhbərlərinin çıxışları gündəliyə  salınıb. Gündəlikdə duran məsələlərdən biri də NATO Parlament Assambleyasının yeni rəhbər heyətinin seçilməsi olub.

NATO Parlament Assambleyasının bu sessiyasının yekununda NATO ordusunun 2014-cü ilədək Əfqanıstandan çıxarılması ilə bağlı sənəd qəbul olunub.

Bu barədə Modern.az saytına məlumat verən Məlahət İbrahimqızı deyib ki, Azərbaycanla bağlı bilavasitə  hər hansı bir məsələ  gündəliyə salınmasa da, “Əfqanıstan 2014-dən sonra” adlanan Qətnamədə Azərbaycan nümayəndə heyəti çox önəmli bir təkliflə müraciət edib:
“Bu müraciət hətta müzakirəsiz yekdilliklə qəbul olundu. Belə ki, NATO ordusunun və onlara məxsus texnikanın çıxarılması yollarının siyahısında demək olar ki, bütün reqion ölkələrinin adı qeyd olunub. Bu gun NATO-nun Əfqanıstandakı ordusuna lazım olan müxtəlif ərzaq və s. yardımlar üçün ölkəmizin ərazisindən tranzit kimi istifadə olunsa da, nədənsə Azərbaycanın adı 2014-cü ilədək Əfqanıstandan NATO-ya məxsus istər canlı, istərsə də texniki vasitələrin çıxarılmasında qeyd olunmamışdı. Hansı ki, Azərbaycan NATO ilə istər ikitərəfli, istərsə də çoxtərəfli əlaqələr çərçivəsində uğurlu əməkdaşlıq edr. Möhtərəm prezidentimiz cənab İlham Əliyev hətta NATO-nun Çikaqo Sammitində çıxış edərkən NATO Ordusunun və ona məxsus texnikanın Əfqanıstandan çıxarılmasında Azərbaycan ərazisinin yenə də tranzit kimi istifadəsı ilə bağlı əməkdaşlığa ölkəmizin hazır olduğunu bildirmişdi. Bu barədə son vaxtlar mətbuata Xarici İşlər Nazirliyi də rəsmi açıqlama verib. Bütün bunları nəzərə alaraq bu məsələ ilə bağlı Qətnamə layihəsinə  biz Azərbaycan nümayəndə heyəti olaraq Türkiyə nümayəndə heyətinin də yaxından dəstəyi və Gürcüstan nümayəndə  heyətinin də razılığı ilə Azərbaycan, Gürcüstan və Türkiyənin də adının salınmasına nail olduq.

Bundan başqa sessiyalardan birində enerji və ətraf mühit təhlükəsizliyi məsələsi müzakirə olunarkən, yenə də Türkiyə nümayəndə heyəti ilə birgə Ermənistanda yaralılıq və istifadə müddəti bitmiş, qəza vəziyyətində olan Metsamor Atom Elektrik Stansiyası haqqında problemin gündəliyə salınmasını, NATO-nun bu məsələyə münasibət bildirməsi üçün müraciət etdik.
NATO Parlament Assambleyası rəsmiləri də məsələyə çox narahatlıq və həssaslıqla baxdıqlarını, AB-nin bununla bağlı yaxın zamanlarda ekspert rəyinin olacağını bildirdilər. Maraqlı məqamlardan biri də odur ki, NATO PA-nın sessiyası başlamazdan öncə keçirilən mətbuat konfransında ermənipərəst  jurnalistlərin Ramin Səfərovla bağlı qaldırdıqları sual demək olar ki, cavablandırılmadı”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü