Modern.az

Zərdüşt Əlizadə: “Sadval”ın rəhbərliyi ilə görüşmüşəm”

Zərdüşt Əlizadə: “Sadval”ın rəhbərliyi ilə görüşmüşəm”

Təhsil

20 Noyabr 2012, 11:58

“Azərbaycanda ictimai rəydə çox böyük yanlışlıqlar var. Bütün “Sadval”çıları separatçı saymaq düzgün deyil”. Bunu Modern.az-a politoloq Zərdüşt Əlizadə sadvalçıların fəallaşması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. “Sadval” təşkilatının ləzgi xalqının milli-mədəni hüquqlarının müdafiəçisi kimi yarandığı qeyd edən politoloq vaxtilə onların rəhbərliyi ilə görüşdüyünü də deyib.

“Bu görüşdən sonra belə qənaətə gəlmişəm ki, onların Azərbaycana qarşı heç bir bəd niyyəti yoxdur. Rusiya hökumətinin Azərbaycana qarşı təxribatçılıq, etnik ayrı-seçkilik siyasətinin olduğunu danmıram. Ancaq Rusiyada və Azərbaycanda yaşayan ləzgilərin Rusiyanın siyasətinin qurbanı olduğunu demək olmaz. Sadəcə olaraq Rusiyada və ölkəmizdə yaşayan ləzgilər bir-biri ilə mədəni, iqtisadi əlaqələr saxlaması üçün Rusiya dövlətinin verdiyi imkanlardan istifadə edirlər”.

Xatırladaq ki, “Sadval” təşkilatı 1991-ci ildə Dərbənddə yaradılıb. Bir müddət sonra fəaliyətini dayandırmış təşkilat yenidən fəaliyyətini bərpa edib.

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü