“Yaxşı olar ki, İsa Qəmbər və Əli Kərimli özlərini bələdiyyə seçkilərində sınasınlar”. Modern.az-ın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov jurnalislərə açıqlamasında bildirib. YAP-çı millət vəkili müxalifəti tənqid edərək bildirib ki, prezidentliyə vahid namizədinin olacağı mümkün olmayacaq:
"Mən əvvəldən də demisdim ki, onların vahid namizəd məsələsi olmayacaq. Yəni bu, mümkün olan məsələ deyil. Çünki onların hər biri iddialıdır, daxili aləmində hakimiyyət hərisliyi var. Amma heç əziyyət çəkməyə ehtiyac yoxdur. İsa Qəmbərin və ya Əli Kərimlinin namizəd olub-olmaması cəmiyyətdə heç nəyi dəyişmir. Çünki onlar bütün seçkilərdə məğlub olublar, özü də biabırçı şəkildə. Misal üçün, onlar bələdiyyə seçkilərində namizədliklərini sınasalar, daha məqsədəuyğun olar, nəinki prezident seçkilərində", - S.Novruzov bildirib.
S.Novruzov müxalifət liderlərini nəzərdə tutaraq bildirib ki, onlar prezidentliyə namizədliklərini irəli sürsələr, növbəti bir şou göstərəcəklər.
Modern.az