Modern.az

“Əhali köçəri həyat tərzi keçirdiyindən məktəbləri bağlayırıq” - Quba rayon təhsil şöbəsinin müdiri

“Əhali köçəri həyat tərzi keçirdiyindən məktəbləri bağlayırıq” - Quba rayon təhsil şöbəsinin müdiri

Təhsil

20 Noyabr 2012, 12:21

Qubanın dağlıq ərazilərində yerləşən bəzi kəndlərdə məktəblər bağlanıb. Modern.az xəbər verir ki, bu təhsil ocaqlarından biri Buduq kəndindəki 9 illik orta məktəbdir. Kənd sakinlərinin sözlərinə görə, kənddə ümumi 38 uşaq var. Mövcud problemlə bağlı yerli Buduq bələdiyyə sədri Vaqif Həsənov lazımı qurumlara müraciət edib, amma sorğular hələ də cavabsız qalıb.

R ayon təhsil şöbəsinin müdiri Süleyman Aslanov isə bildirib ki, dağlıq ərazilərdə 35 məktəb var. Hazırda 6 məktəb tamamilə bağlanıb, bundan sonra isə 9 məktəb də bağlanılacaq. S. Aslanov bunun səbəbini şagird çatışmazlığı və əksər kəndlərdə yaşayan əhalinin köçəri həyat tərzi keçirməsi ilə izah edib.
Emin Kərimov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama