“Hesablama Palatasının yolunu səbirsizliklə gözləyirik. Bu ay üçün bizim instituta gəlməli idilər. Amma gəlməyiblər”. Bu barədə Modern.az-a Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, millət vəkili Aqiyə Naxçıvanlı məlumat verib.
“Gəlsələr çox yaxşı olar. Ola bilsin ki, onlar bilir ki, bizdə böyük beynəlxalq konfrans gözlənilir. Ona görə də gəlmələri ləngiyib. Ayın 26, 27, 28-də 15 ölkədən bizim instituta qonaqlar gəlməlidir. Bu, təhsildə müasir problemlər, texnologiyalar və innovasiyalar mövzusunda keçirilən ikinci beynəlxalq konfrans olacaq“, – deyə rektor qeyd edib.