Modern.az

Millət vəkilləri Tacikistana etiraz bildirdilər

Millət vəkilləri Tacikistana etiraz bildirdilər

Təhsil

20 Noyabr 2012, 13:38

Milli Məclisin bu gün keçirilən iclasında gündəlikdə Azərbaycanla Tacikistan arasında müəllif hüququ ilə bağlı sazişin təsdiq edilməsi müzakirəyə çıxarılarkən bir sıra maraqlı məqamlar yaşanıb. Qanunun parlamentdə təqdimatından sonra deputat Astan Şahverdiyev bildirib ki, bəzi tacik ədəbiyyatşünasları dahi Azərbaycan şairi Nizami Gəncəvini tacik şairi kimi qələmə verirlər.

Onun sözlərinə görə, bu məsələyə aydınlıq gətirilmısi vacibdir. Nizami Gəncəvinin tacik şairi olub-olmadığı barədə mübahisələrə son qomyaq lazımdır.

Daha sonra çıxış edən deputat Bəxtiyar Əliyev bildirib ki, Nizami Gəncəvinin Azərbaycan şairi olmasına heç bir şübhə yoxdur.

“Belə ki, YUNESKO-nun keçirdiyi tədbirlərd’ Nizami Gəncəvi Azərbaycan şairi kimi təqdim olunur. Bu heç kimdə şübhə doğurmamalıdır”, -deyə millət vəkili vurğulayıb.

Tarixçi-alim, deputat Gövhər Baxşəliyeva qeyd edib ki, sovet vaxtı fars-tacik ədəbiyyatı dövrü kimi qələmə verildiyindən bütün bu anlaşılmamazlıq da oradan qaynaqlanır. Deputatın fikrincə, İranda Nizamini fars şairi adlandırsalar da, Nizami Gəncəvi farsdilli böyük Azərbaycan şairidir.

G.Baxşəliyeva elmi əsərlərdə mövcud olan plagiatlıqdan danışıb və bildirib ki, müəlliflik hüququ ilə sənəd İran İslam Respublikası ilə də bağlanmalıdır. O bildirib ki, Azərbaycanın tanınmış ədiblərindən biri Nizami Gəncəvidən sonra Əşrəf Marağayinin “Divan”ını tapıb və onu təhlil edib.

“Lakin 90-cı illərin əvvəllərində İrandan gələn alim Bayram Sadiqi azərbaycanlı alimdən həmin əsəri İranda çap etmək adı ilə götürüb və bundan sonra ondan heç bir səs-soraq çıxmayıb. Sonrada isə o, kitabı İranda öz imzası ilə çap etdirib”.

Deputat qeyd edib ki, İranla müəllif hüquqları ilə bağlı rəsmi anlaşma olmadığından bu məsələ açıq qalır.

“Buna görə mən müəllif hüququ ilə bağlı məsələlərə diqqət yetirməyə çağırıram”.

Deputat Aqil Abbas da qeyd edib ki, müəllif hüquqları ilə bağlı məsələ ciddidir. Millət vəkilinin sözlərinə görə, Türkiyə ilə də Azərbarbaycan arasında müəllif hüquqlarının qorunmasına dair saziş imzalanmalıdır.

“Türkiyədə Azərbaycan alimlərinin əsərləri çap olunursa, bir çox hallarda oğurluq faktları baş verir. Müəllif hüquqları ilə bağlı məsələ öz həllini tapmalıdır. Sovet dövründə hər hansı alimin kitabı başa ölkədə çıxanda həmin alimə pul ödənilirdi. Bu baxımdan Türkiyə ilə də müqavilə başlanmalıdır. Çünki biz onların, onlar da bizim hüquqlarımızı pozurlar”, - deyə A.Abbas bildirib.

Deputat Musa Quliyev isə Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsinin heç bir əsası olmadığını bildirib. O, qeyd edib ki, Gəncədə Nizaminin yubileyi zamanı keçirilən tədbirdə Taciksitanın baş nazirinin adından oxunan məktubda Nizami Gəncəvi böyük Azərbaycan şairi kimi qələmə verilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü