Modern.az

Rövnəq Abdullayev "Gürcüstan problemi"nə dair iddiaları təxribat adlandırıb

Rövnəq Abdullayev "Gürcüstan problemi"nə dair iddiaları təxribat adlandırıb

Təhsil

20 Noyabr 2012, 13:45

Milli Məclisin iclasında ARDNŞ-in prezidenti, deputat Rövnəq Abdullayev Gürcüstanla Azərbaycan münasibətlərində hansısa gərginliyin yaranması ilə bağlı yazıları “təxribatçı yazılar” adlandırıb. Modern.az xəbər verir ki, o bu cür iddialara əhəmiyyət verməməyə çağırıb:

“Gürcüstanın yeni hakimiyyəti Azərbaycanla işləmək niyyətindədir və İvanişvili Azərbaycanla münasibətlərində daha ciddi uğurlar əldə ediləcəyini bildirir. Baş nazir İvanişvili bildirib ki, yeni hakimiyyətlə, yeni nəsillərin yaranması ilə əlaqədar yaranmış boşluqdan istifadə edən kriminal dairələr Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı bir sıra mənfi hadisələr törədiblər və bunun qarşısı da artıq alınıb”, – deyə Rövnəq Abdullayev bildirib.

ARDNŞ prezidenti qeyd edib ki, Gürcüstanın yeni hökuməti Azərbaycanla əlaqələri yüksək qiymətləndirir və Azərbaycanı aktiv izləmək niyyətindədirlər:

“Odur ki, bu məsələdə Azərbaycanla Gürcüstan arasında hansısa problemlərin olması haqqında deyilənlər həqiqəti əks etdirmir”.
Torpaq məsələsinə toxunan R.Abdullayev bildirib ki, layihələrin ərazidən keçən boruları, bütün torpaqlar Bakı-Tiflis-Ceyhan şirkəti tərəfindən alınıb və şirkətə məxsusdur. 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü