Milli Məclisin bugünkü iclasında Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) layihəsi ilə bağlı müzakirələrdə çıxış edən deputat Vahid Əhmədov bildirib ki, Gürcüstanda yeni hakimiyyətin yaranması ilə orada yaşayan azərbaycanlılarla, ARDNŞ-lə bağlı mənfi münasibətlərin olması barədə bir sıra yazılar gedir:
“Həmin strateji layihələr də Gürcüstandan keçir. Layihələrin reallaşacağı torpaq sahələrini pulla almaq olar. Niyə biz bu torpaq sahələrini özəlləşdirməyək? Azərbaycanın buna imkanı çatır”.
Modern.az-ın məlumatına görə, Vahid Əhmədov bildirib ki, həmin torpaq sahələrini Azərbaycan dövləti almalıdır.
Milli Məclisinin vitse-spikeri Valeh Ələsgorov isə bildirib ki, Gürcüstanın guya, ARDNŞ-lə problemlərə üzləşdiyi barəsində deyilənlər yanlış fikirlərdir.
Modern.az