Modern.az

Zeynal Məmmədlidən təkzib: “TV-yə rəhbər getmirəm”

Zeynal Məmmədlidən təkzib: “TV-yə rəhbər getmirəm”

Təhsil

20 Noyabr 2012, 14:43

““Azadlıq” TV-yə rəhbər keçməyimlə bağlı xəbər dəqiq deyil”. Modern.az-a açıqlamasında bu sözləri media eksperti Zeynal Məmmədli deyib. O bildirib ki, mətbuatın onun haqqında yaydığı xəbər həqiqətdən uzaqdır.   
“Mənim işimin adı “Azadlıq Radiosu”nda multimedia üzrə planlaşdırma və yaradıcılıq meneceridir. Yəni veb, audio və video”, – deyə Z.Məmmədli qeyd edib.
Qeyd edək ki, mətbuatda Z.Məmmədlinin “Azadlıq” radiosunun açacağı TV-yə rəhbər keçəcəyi ilə bağlı məlumatlar gedib.   Xatırladaq ki, bir müddət öncə Z.Məmmədli öz istəyi ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllim vəzifəsindən könüllü şəkildə imtina edib.  


Sevinc İltifartqızı
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü