Modern.az

Bakı şəhər İcra Hakimiyyəti: “Müsavata qurultay üçün yerlər ayırmışdıq” - AÇIQLAMA

Bakı şəhər İcra Hakimiyyəti: “Müsavata qurultay üçün yerlər ayırmışdıq” - AÇIQLAMA

Təhsil

20 Noyabr 2012, 15:08

İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri: “Biz təkliflərimizi etmişik”

Müsavat başqanı İsa Qəmbərin Gürcüstan səfərindən sonra partiya qurultayının keçirilməsində mühüm dönüş gözlənilsə də, məsələ yenə də həll olunamamış qaldı. Partiya funksiyanerləri gürcü müttəfiqlərinə güvənərək qurultayın Tiflisdə keçiriləcəyini bildirsələr də, bu variant da alınmadı. Yenə ümid qaldı Bakı şəhr İcra Hakimiyyətinə.
Hacıbala Abutalıbovun rəhbərlik etdiyi şəhər rəhbərliyi Müsavat Partiyasına mötəbər tədbiri keçirmək üçün yeni yerlər təklif edəcəkmi?

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov Modern.az-a açıqlama verib. İcra Hakimiyyətinin nümayəndəsi Müsavatın müraciəti əsasında partiyaya qurultay keçirmək üçün Bakı şəhərində yer ayırdıqlarını bildirib.

“Biz Müsavat Partiyasına qurultay keçirmək üçün müəyyən yerlər ayırmışdıq. Bakı şəhərinin ətrafında münasib yerlər təklif etsək də, bundan imtina etdilər. Bu baxımdan biz öz təklifimizi etmişik. Hazırda bu məsələ Bakı şəhər İcra Hakimiyyətinin gündəliyində deyil”, -deyə Z.Ramazanov bildirib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü