Modern.az

Nazir müavini və idarə rəislərinin rütbələri qaldırıldı - SİYAHI

Nazir müavini və idarə rəislərinin rütbələri qaldırıldı - SİYAHI

Təhsil

20 Noyabr 2012, 19:00

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mədət Qəzənfər oğlu Quliyevə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Qafarov Zakir Əsəd oğlu - İstintaq idarəsinin rəisi
Səlim-zadə Mehdi İldırım oğlu - Bələdiyyələrlə iş mərkəzinin rəisi.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavini Hüseynağa Ənvər oğlu Əlixanova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail İbrahim oğlu Mehdiyevə tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü