Modern.az

Rusiyada qatar arabada olan körpəni vurub öldürdü

Rusiyada qatar arabada olan körpəni vurub öldürdü

17 Oktyabr 2021, 09:59

Rusiyanın Leninqrad vilayətində qatar ananın yanında arabada olan körpəsini vuraraq öldürüb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Bölgələrarası İstintaq İdarəsi hadisənin Popovka şəhərinin stansiyası yaxınlığında baş verdiyini bildirib.

 

 

İstintaq İdarəsinin məlumatında qeyd edilib ki, 1994-cü il təvəllüdlü ana xəbərdaredici qırmızı işığa məhəl qoymayaraq arabada olan körpəsi ilə dəmir yolu xəttini keçməyə çalışıb. Ananın qulağında qulaqcıq olduğundan hərəkətdə olan qatarın səsini eşitməyib. Sürətlə gələn qatar içərisində körpə olan arabanı vurub, azyaşlı dünyasını dəyişib.

 

Hadisə ilə bağlı cinayət işi açılıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu