Modern.az

AXCP-dən açıqlama: “Vahid namizədi ona görə hələ müəyyənləşdirmirik ki...”

AXCP-dən açıqlama: “Vahid namizədi ona görə hələ müəyyənləşdirmirik ki...”

Təhsil

21 Noyabr 2012, 10:06

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı İctimai Palatanın prezidentliyə müəyyən edə bilmədiyi vahid namizəd məsələsindın danışıb. Modern.az-ın məlumatına görə, F.Qəhrəmanlı İctimai Palatanın və eləcə də müxalifət düşərgəsinin prezident seçkilərində zünün vahid namizədini nə üçün seçə bilməməsin əsas səbəblərini belə izah edib:

“İctimai Palatanın hələlik prezidentliyə vahid namizədi müəyyənləşdirməməsi bu prosesə həm iddaçı, həm də iştirakçı kimi qatılmaq istəyən qüvvələrə imkan saxlanılması ilə bağlıdır. Bu baxımdan indiki mərhələdə əsas məsələ namizədin kimliyi deyil, onun necə seçiləcəyinin demokratik prosedurlarını işləyib hazırlamaq olmalıdır. Bütün iddalı tərəflərin iştirakı ilə ictimaiyyət qarşısında razılaşdırılmış belə bir mexanizm sayəsində hər hansı narazılığa və subyektivizmə yol vermədən, İctimai Palatanın, həm də müxalifətin prezident seçkilərində iştirak edəcək əsas namizədini müəyyənləşdirmək olar”.

Müsavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərinə qatılacağına dair verdiyi növbəti bəyanat İctimai Palatanın seçkilərdə vahid namizədlə təmsil olunmayacağı haqda düşünməyə əsas verir.

Anar RÜSTƏMOV
 
Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü