Bakı Metropoliteni 2016-cı ilə qədər 5 yeni stansiyanı istismara verməyi planlaşdırır. Modern.az Metropolitenin mətbuat xidmətinə istinadən xəbər verir ki, şərti adları “Həzi Aslanov-2”, “Köhnə Günəşli” və “Yeni Günəşli” olan stansiyalar 2016-cı ilə qədər fəaliyyətə başlayacaq. Həmçinin “Avtovağzal” və şərti adı “Memar Əcəmi-2” olan stansiyalar 2014-cü ilin birinci yarısına qədər istismara veriləcək.
Bakı Metropoliteni ümumi uzunluğu 34,6 kilometr olan 2 xətt və 23 stansiyadan ibarətdir, 2030-cu ilədək xətlərin və stansiyaların sayı 5 dəfə artacaq və xətlərin ümumi uzunluğu 119 kilometr olmaqla 76 stansiyadan ibarət yeraltı nəqliyyat sisteminə çevriləcək.