Modern.az

TQDK sabah jurnalistləri mükafatlandıracaq

TQDK sabah jurnalistləri mükafatlandıracaq

Təhsil

21 Noyabr 2012, 12:14

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaradılmasının 20 illiyi münasibəti ilə jurnalistlər arasında elan edilən müsabiqənin qalibləri sabah mükafatlandıracaq. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə  Modern.az-a açıqlamasında bildirib ki, sabah saat 15:00-da komissiyanın 20 illiyi ilə bağlı tədbir keçiriləcək, həmin tədbirdə həmçinin qalib jurnalistlər də mükafatlandırılacaq.

Qeyd edək ki,  TQDK-nın yaradılmasının 20 illiyi münasibəti ilə iyul ayında KİV nümayəndələri arasında  müsabiqə elan etmişdi. Müsabiqə 2 nominasiya üzrə aparılıb.   

1) TQDK-nın təsis olunmasının 20  illiyinə həsr olunmuş ən yaxşı məqalə. Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılar. Bu naminasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə pul  mükafatı təqdim olunacaq.   

2)  TQDK-nın təsis olunmasının 20  illiyinə dair  ən yaxşı televiziya və ya radio reportajı nominasiyasında ilk 2 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq.     

Mail Ağaxanov
 
Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü