Noyabrın 22-də İspaniya parlamentinin Xarici Əlaqələr Komitəsi Dağlıq Qarabağla bağlı dinləmələr keçirəcək. Bu müzakirələr “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü” adı altında təşkil olunacaq.
Modern.az-ın məlumatına görə, dinləmələrdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti artıq İspaniyadadır. Azərbaycanın Avronest Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov və Milli Məclisin digər üzvləri Zahid Oruc, Fərəc Quliyev, Qüdrət Həsənquliyev və başqaları dinləmələrdə iştirak edəcək.
Anar Kəlbiyev