Modern.az

Röyanın prodüseri Tolikin iddiasına aydınlıq gətirdi: “Bu köhnə məsələdir”

Röyanın prodüseri Tolikin iddiasına aydınlıq gətirdi: “Bu köhnə məsələdir”

21 Noyabr 2012, 13:26

“Röya ilə Elton arasında bir neçə ay bundan öncə yaranmış inciklik artıq yoxdur”. Bunu Modern.az-a açıqlamasında müğənni Röya Ayxanın prodüseri Kənan deyib. O, Tolikin (Tarix Əliyev) öz facebook səhifəsində müğənninin hüquq-mühafizə orqanları tərəfindən saxlanması və bu məsələdə müğənni Eltonun əlinin olması ilə bağlı şərhlərinə münasibət bildirərkən deyib ki, hər iki müğənni arasında mübahisəli məsələyə çoxdan son qoyub və inciklik  aradan götürülüb.

“İnciklik olub, amma onun dediklərinin hamısı boş şeydir. Bu açıqlama mətbuatda da, efirdə də gedib. Çoxdan olan bir hadisədir. Tolik, yatıb-yatıb, indi ayılıb? Polisə getmək-filan da olmayıb. Sadəcə polisə ərizə yazılıb, sonrada geri götürülüb. Heç bu barədə indi söhbət edən də yoxdur . Röya ilə Elton toylarda bir yerə düşürlər, oxuyurlar, oynayırlar. Olayda adı çəkilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (keçmiş Hərbi Komissarlıq) Mingəçevir şəhər şöbəsinin rəhbəri Əqidə Bayroyevə gəldikdə isə o, hər iki tərəfin dostu olub . O zamanlar ola bilər ki, söhbətə qarışsın”.

Şahanə Rəhimli  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi