Modern.az

Sərdar Cəlaloğlu ABŞ səfiri ilə görüşə yenə dəvət olunmadı

Sərdar Cəlaloğlu ABŞ səfiri ilə görüşə yenə dəvət olunmadı

Təhsil

21 Noyabr 2012, 16:06

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın bu gün müxalifət liderləri ilə keçirdiyi görüşə ADP sədri Sərdar Cəlaloğlu dəvət olunmayıb. Bu barədə Modern.az saytına ADP sədri özü məlumat verib.

“Belə bir görüşlə bağlı bizə dəvət göndərilməyib. Bu baxımda təəssüflər olsun ki, həmin görüşdə iştirak etməmişəm. Keçən dəfə də bizə bildirmişdilər ki, müxalifətlə görüşlərdə format dəyişdiriləcək. Ola bilsin bununla əlaqədar dəvət olunmamışam, ya da ola bilsin keçən dəfəki kimi yaddan çıxıb”, - deyə S.Cəlaloğlu bildirib.

Qeyd edək ki, bu gün ABŞ səfiri Riçard Morninqstarla müxalifət liderləri arasında növbəti görüş keçirilib. Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və digərlərinin iştirak etdiyi bildirilir.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü