Modern.az

YAP-dan ABŞ səfirinə ittiham: “Niyə ancaq eyni partiyalarla görüşürlər”

YAP-dan ABŞ səfirinə ittiham: “Niyə ancaq eyni partiyalarla görüşürlər”

Təhsil

21 Noyabr 2012, 16:43

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müxalifət liderləri ilə bu gün keçirdiyi görüşə etiraz edib. YAP rəsmisi Modern.az-a açıqlamasında ABŞ səfirini Azərbaycanın qaçqın və məcburi köçkünlərilə bir dəfə də maraqlanmamaqda ittiham edib. S.Novruzov bildirib ki, amerikalı səfir parlamentdə təmsil olunan siyasi partiyalardan fərqli olaraq radikal müxalifət partiyalarına daha çox diqqət göstərir.

“Amerikanın səfiri burada istənilən görüşü keçirə bilər. Amma nədənsə o, digər partiyalarla yox, müxalifət partiyalarının nümayəndələri ilə görüşür. Bir səfir kimi qaçqınlarla da görüşsün, evsiz-eşiksiz insanların niyə didərgin düşdüyünü öyrənsin. Azərbaycanın parlamentdə təmsil olunan digər siyasi partiyaları var. O cümlədən parlamentdə təmsil olunmayan ayrı-ayrı partiyalar var. Nədənsə ABŞ səfirinin məhəbbəti bu insanların üzərindədir”, - deyə S.Novruzov vurğulayıb.

Qeyd edək ki, ABŞ səfiri bu gün ölkənin aparıcı müxalifət partiyalarının sədrləri ilə mətbuata qapalı görüş keçirib. Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, “REAL” Vətəndaş Hərəkatın həmtəsisçisi Natiq Cəfərli, AMİP sədri Yusif Bağırzadə, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər və Liberal Partiyanın sədri Əvəz Temirxan iştirak edib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü