Modern.az

Hacı İlqar İbrahimoğlu saxlanıldı və buraxıldı

Hacı İlqar İbrahimoğlu saxlanıldı və buraxıldı

20 Oktyabr 2021, 08:37

Ötən gecə hüquq-mühafizə orqanlarının saxladığı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə İ.İbrahimoğlu özünün Facebook səhifəsində canlı yayım açaraq bildirib.

Hacı İlqar şahid qismində dindirilmək üçün hüquq-mühafizə orqanlarına dəvət olunduğunu qeyd edib.

“Bir neçə saat ərzində mənə ünvanlanan bütün suallardan sonra sərbəst buraxıldım”.

Məlumatlara görə, Hacı İlqar İbrahimoğlunun İran xüsusi xidmət orqanları ilə əlaqələrinin olub-olmadığını araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər