Modern.az

İqbal Ağazadə danışmaqdan imtina etdi

İqbal Ağazadə danışmaqdan imtina etdi

Təhsil

21 Noyabr 2012, 17:09

Bu gün ABŞ səfiri Riçard Morninqstarla müxalifət liderlərinin keçirilən birgə görüşündə iştirak edən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Modern.az-a açıqlamasında görüşdə hansı məsələlərin müzakirə edilməsi ilə bağlı danışmaq istəmədiyini bildirib. Millət vəkili səfirlə görüşdə iştirak etdiyini bildirsə də mətbuata qapalı keçirilən tədbirdə qaldırılan məsələlər ətrafında ictimaiyyətə məlumat verməkdən imtina edib.

Qeyd edək ki, ABŞ səfiri bu gün ölkənin aparıcı müxalifət partiyalarının sədrləri ilə mətbuata qapalı görüş keçirib. Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli, Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, “REAL” Vətəndaş Hərəkatın həmtəsisçisi Natiq Cəfərli, AMİP sədri Yusif Bağırzadə, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər və Liberal Partiyanın sədri Əvəz Temirxan iştirak edib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü