Bakcell şirkəti dünyanın ən məhşur futbol klubu olan Mançester Yunayted ilə əməkdaşlıq etməkdədir.
Bakcell şirkəti Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq, ölkənin futbol həvəskarları və xüsusilə də Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklyuziv kontenti təqdim edir. 2.6 milyondan çox Bakcell müştərisi artıq eksklyuziv kontentdən yararlanır və Mançester Yunayted-ə daha yaxındır. Bu misilsiz tərəfdaşlıq çərçivəsində Bakcell şirkəti bütün müştərilərinə və Azərbaycan əhalisinə geniş çeşidli Mançester Yunayted kontentini təqdim etməyə başlayıb. Bakcell-in Mançester Yunayted emblemli SİM kartlarının xüsusi buraxılışı şirkətin bütün abonentlərinə, ölkənin futbol həvəskarları və xüsusilə də Mançester Yunayted azarkeşlərinə ilk sürprizidir. Brend tərtibatlı CIN-kartlar artıq ölkənin bütün Bakcell dükanlarında əldə oluna bilər. Bu unikal fürsətdən yararlanmaq və "Qırmızı şeytanlar" əhvalını hiss etmək istəyən bütün abonentlər həmin CIN-kartlardan birini əldə edə bilərlər. CIN-kartlarının xüsusi buraxılışı CİN, Klass və Sür@ (internet) kartlarını əhatə edir. Bakcell həmçinin abonentlərə CIN, KLASS və GOLD mini kartlarını təklif etməkdədir.