Bu gün Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə 10 dekabr Dünya İnsan Haqları Günü münasibətilə piket keçirəcəyi haqqında müraciət ünvanlayıb. Bu barədə Modern.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, piketdə 50 nəfər iştirak edəcək.
Müsavatın dekabrın 10-a təyin etdiyi piketin əsas şüarları bunlardır: “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərə “yox” deyirik!”, “İnsan haqlarına sayğı göstərilsin!”, “Vicdan azadlığı hər kəsin hüququdur!”, “Saxta parlament buraxılsın!” və “Söz, fikir və ifadə azadlığı sərhəd tanımır!” şüarları ilə piket keçirməyi planlaşdırır.
Anar RÜSTƏMOV