Modern.az

Prezident İlham Əliyev sədr seçildi

Prezident İlham Əliyev sədr seçildi

Təhsil

22 Noyabr 2012, 10:57

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı VII Baş Assambleyasının sədri seçilib. Modern.az xəbər verir ki, hazırda davam edən konfransın ənənələrinə uyğun olaraq, ötən baş assambleyanın sədri Kambodcanın Baş nazirinin müavini həmin vəzifəni rəmzi olaraq İlham Əliyevin nümayəndəsi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə verib.

Həmçinin Prezident İlham Əliyevin Konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub.

Konfransa Yeni Azərbaycan Partiyasının İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edib.

"Asiya qitəsi dövlətlərinin dinamik inkilşafı bütün dünyanın siyasi və iqtisadi mənzərəsini dəyişir. Biz Asiya ölkələrinin sürətli inkişafının timsalında dünyanın ümumi mənzərəsinin dəyişdiyini görürük. Böyük iqtisadi inkişafla yanaşı bu regionun bəzi ölkələrindəki kasıblıq, qanlı toqquşmalar şahidiyik", - Ə. Əhmədov bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü