Modern.az

“Eldar Əzizova məhkəmədən çağırış gəlməyib” - Sumqayıt icra başçısının köməkçisi

“Eldar Əzizova məhkəmədən çağırış gəlməyib” - Sumqayıt icra başçısının köməkçisi

Təhsil

22 Noyabr 2012, 11:52

“Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun məhkəməyə verilməsi barədə məlumat Şəhər İcra Hakimiyyətinə daxil olmayıb”. Bu barədə Modern.az-a şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Coşqun Cəbrayılov bildirib:

“Bizim bu haqda heç bir məlumatımız yoxdur. Bununla bağlı məhkəmədən bizə bildiriş gəlməyib. Əgər elə bir hadisə olsaydı, bizə xəbər gələrdi”.

İctimai Palataya mitinq və aksiyaların keçirməsi üçün Sumqayıt şəhərində hər hansı bir yer ayrılmamasına gəlincə, başçı köməkçisi bildirib: “Biz qanun nə deyirsə, onu da edirik, biz öz başımızdan heç nə edə bilmərik”.

Qeyd edək ki, bir müddət əvvəl İctimai Palatanın Sumqayıt şəhər təşkilatı tərəfindən icra başçısının məhkəməyə verilmə xəbəri yayılıb. Səbəb də onun kütləvi aksiyalar üçün yer ayırmaması göstərilir.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü