Modern.az

Hava yenidən soyuyacaq

Hava yenidən soyuyacaq

Təhsil

22 Noyabr 2012, 12:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a  məlumata görə sabah Bakıda və Abşeron yarımadasında gün ərzində buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə  bəzi yerlərdə duman, çiskin olacağı, Cənub rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara gəlincə isə noyabrın 23-də Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Noyabrın 24-25-də atmosfer təzyiqinin xeyli enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama