Etimad İsmayılov: “Vicdan və ədalət hissi sahiblərini, iman əhlini Fələstin xalqına dəstəyimizi ifadə etməyə çağırır, Vətənimizin suverenliyinin bərpasi istiqamətində real addımlar atmağa səsləyirəm”
Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov Qəzza bölgəsində son günlər yaşanan qanlı və həyəcanlı olaylarla bağlı açıqlama verib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E.İsmayılov bildirib ki, İsrail hökümətinin Qəzzanın mülki ahalisini – uşaqları, qadınları, qocaları amansızcasına qətliama məruz qoymasına bəraət qazandırmaq, mürtəce ideoloqiya sahiblərinin müdafiəsiz insanlara qarşı törətdikləri təcavüzkarlıq faktlarına biganə qalmaq, yəhudi lobbisindən qorxub susmaq imansızlıq və vicdansızlıqdır:
“Bəlli oldugu kimi, İkinci Dünya Müharibəsindən sonra BMT-nin qərarlarıyla Yaxın Şərqdə iki dövlətin – Fələstinin və İsrailin yaranmasi razılıgına gəlinmişdi. İsrail dövləti yarandı, amma Fələstin xalqının BMT – də elan olunmuş hüququnun gerçəkləşməsi “demokratiya, azadlıqlar, insan haqları” anlayışlarını əldə bayraq edən, əslində isə dünyaya müstəmləkə gözüylə baxan, daima sivilizasiyaların toqquşmasına səbəb olan “səlib yürüşlələri” təşkil edən Qərb dövlətləri tərəfindən yasaqlandı. İsrail dövlətinin qonşularına qanunsuz arazi iddialari, İslam dəyərlərinə təcavüzləri dəstəkləndi, Fələstin xalqının öz qanuni hüquqlarını gerçəkləşdirmək arzusu bəşəriyyətin gözü önündə rezervasiyalarla, “terrorla mübarizə “ şüarı altında qətliamlarla, hegemon dövlətlərin maraqlarıyla əvəzləndi.
Bu fəlakət eyni zamanda Qərb dünyasının riyakar siyasətinin növbəti təsdiqi oldu – İsrail dövlətinin cinayətkar əməllərinə rəgmən “öz arazisini və ahalisini qorumaq” hüququ tanındığı halda, Azərbaycanın öz varlığını qorumaq üçün hərbi əməliyyatlar keçirməsi “arzuolunmaz və mümkünsüz“ hesab olundu və olunmaqda davam edir.
Ona görə də vicdan və ədalət hissi sahiblərini, iman əhlini Fələstin xalqına dəstəyimizi ifadə etməyə çağırır, Vətənimizin suvererenliyinin bərpası istiqamətində real addımlar atmağa səsləyirəm”.
Modern.az