Modern.az xəbər verir ki, “Azərbaycan” Dövlət Nəşriyyatının işığı kəsilib. “Ədalət” qəzetinin baş redaktoru İrada Tuncayın sözlərinə görə, işıqların kəsilməsinə səbəb Nəşriyyatın “Azərenerji”yə borcunun olmasıdır.
Nəşriyyatda hazırda elektrik enerjisinin kəsilməsini binadakı digər qəzet redaksiyaları da təsdiqləyiblər. Bu səbəbdən qəzetlərin çıxıb-çıxmayacağı hələ ki bəlli deyil.
Nihadə Eyyubova