Modern.az

“İcazəsiz aksiyalara görə cərimələr gələn ildən tətbiq ediləcək” - Deputatdan AÇIQLAMA

“İcazəsiz aksiyalara görə cərimələr gələn ildən tətbiq ediləcək” - Deputatdan AÇIQLAMA

Təhsil

22 Noyabr 2012, 14:34


Müxalifyönlü gənclərin noyabrın 17-də Fəvvarələr Meydanında keçirdiyi icazəsiz aksiyada saxlanılan şəxslərə tətbiq edilən cərimələrin əvvəlki prosedura uyğun aparılıb. Məlum olub ki, ölkə gündəmində böyük qalmaqala səbəb olan “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun prezident İlham Əliyev tərəfində təsdiq edilsə də, hələki qüvvəyə minməyib.  

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsnin üzvü, qalmallı qanun layihəsnin müəllifi Rafael Cəbrayılov məsələyə münasibət bildirib. Deputat Modern.az-a açıqlamasında yenin qanun layihəsinin növbəti ildən etibarən qüvvəyə minəcəyini bildirib. R.Cəbrayılov həmçinin sözügedən qanunun tələblərinə uyğun olaraq, insanları adaptasiya olmağa çağırıb.

“Qanunun sonuncu bəndində qeyd etmişik ki, yeni cərimə sanksiyaları növbəti ildən tətbiq olunacaq. Elə qanunlar var ki, cəmiyyət ona bir az adaptasiya olunmalıdır, həzm etməlidir. Bu baxımdan biz nəzərə aldıq ki, qanun 2013-cü ilin yanvar ayının 1-dən etibarən həyata keçirilməyə başlansın”, - deyə deputat bildirib.

Yeni qanuna əsasən, qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub).

Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama