ATƏT-in Minsk qrupunun həmsdərləri ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər ediblər. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, həmsədrlər bölgəyə səfər çərçivəsində bu gün qondarma “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Bako Saakyanla da görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli və bu istiqamətdə bölgədə həyata keçirilən son proseslər müzakirəyə çıxarılıb.
Bako Saakyan həmsədrlərlə görüşdə azərbaycanlı zabit Ramil Səfərovun azadlığı buraxılması məsələsinə toxunub. O, Ramil Səfərovun sərbəst buraxılımasının Qarabağ münaqişəsinin həllinə böyük zərbə vurduğunu bildirib.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrlərin Azərbaycana səfərinin noyabrın 26-da baş tutacağı bildirilir. Həmsədrlərin Bakıda xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşü planlaşdırılır.
Anar RÜSTƏMOV